Mbappe argentinalı futbolçuların PSJ-dən göndərilməsini istəyir

Mbappe argentinalı futbolçuların PSJ-dən göndərilməsini istəyir Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe klubun prezidenti Nasser Əl-Xələfidən argentinalı futbolçuların göndərilməsini xahiş edib.
Futbol
19 Avqust , 2022 15:14
Mbappe argentinalı futbolçuların PSJ-dən göndərilməsini istəyir

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe klubun prezidenti Nasser Əl-Xələfidən argentinalı futbolçuların göndərilməsini xahiş edib.

"Report" "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Lionel Messi, Mauro İkardi və Leandro Paradesin Paris təmsilçisində qalmasını istəmir.

Fransalı forvard hesab edir ki, Cənubi Amerika təmsilçiləri komandada qruplaşma yaradıblar və ümumi ab-havanı pozurlar. Braziliyalı Neymar, kosta-rikalı Keylor Navas və ispaniyalı Ander Erreranın da argentinalı oyunçulara qoşulması Mbappeni narahat edir.

Qeyd edək ki, daha əvvəl Kilian Mbappe ilə Neymar arasında münaqişə olması barədə məlumat yayılmışdı. Daha sonra yerli media futbolçuların barışdığını iddia edib.

Son xəbərlər

Orphus sistemi