Maykon Silva: "Azərbaycan klubunda çıxış etməyim müsbət və çox yaxşı təcrübə oldu”

Maykon Silva: "Azərbaycan klubunda çıxış etməyim müsbət və çox yaxşı təcrübə oldu” “UEFA Kubokunda oynamaqla bağlı arzumu həyata keçirdim"
Futbol
11 Yanvar , 2018 10:18
Maykon Silva: Azərbaycan klubunda çıxış etməyim müsbət və çox yaxşı təcrübə oldu”

Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərbaycan klubunda oynamağım müsbət və çox yaxşı təcrübə oldu”.

“Report” xəbər verir ki, bunu Maltanın “Lüksol St Andreus” klubuna transfer olan “Araz” komandasının sabiq futzalçısı Maykon Silva deyib. O bildirib ki, Naxçıvan təmsilçisində çıxış etməklə, arzusunu gerçəkləşdirib: “Bu komandanın üzvü kimi UEFA Kubokunda oynadım. Buna nail olduğum və işimin öhdəsindən gələ bildiyim üçün xoşbəxtəm. Həmin turnirdəki çıxışımdan sonra mənim üçün yeni imkanlar yarandı”.

Qış fasiləsində “Araz”dan ayrılan braziliyalı hücumçu karyerasının yeni mərhələsinə əla motivasiya olunduğunu söyləyib: “Burada çox yaxşı qarşılandım. Kluba məqsədlərinə nail olmağa kömək etməyi və UEFA Kubokuna qayıtmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, ötən ilin oktyabrında keçirilən UEFA Kubokunun qrup mərhələsinin oyununda “Araz”la “Lüksol St Andreus” qarşılaşıb. Naxçıvan klubunun 6:4 hesabı ilə qalib gəldiyi görüşdə qollardan 4-nü məhz Maykon vurub. O, UEFA Kubokunun 2 oyununda “Araz”ın heyətində yer alıb və 6 dəfə rəqib qapısına yol tapıb.

Son xəbərlər

Orphus sistemi