Maykl O’Nil: "Prosineçki əla komanda qurub"

Maykl O’Nil: "Prosineçki əla komanda qurub" "Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər"
Futbol
12 Noyabr , 2016 02:47
Maykl O’Nil: Prosineçki əla komanda qurub

Bakı. 12 noyabr. REPORT.AZ/ "Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik".

"Report" xəbər verir ki, bunu DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan millisini 4:0 hesabı ilə məğlub edən Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil deyib.

"Futbolçularım ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq. Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq daha çox işləməliyik. Dörd turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır.

Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi