Maykl Essyen Azərbaycana dəstək oldu

Maykl Essyen Azərbaycana dəstək oldu "Səbail" klubundan ayrılan ulduz futbolçu Maykl Essyen cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.
Futbol
29 Sentyabr , 2020 12:40
Maykl Essyen Azərbaycana dəstək oldu
Maykl Essyen

"Səbail" klubunun sabiq futbolçusu Maykl Essyen cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.

"Report" xəbər verir ki, hazırda Danimarkanın "Norşellan" klubunda məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi "Instagram" hesabından paylaşım edib.

Qana millisinin keçmiş üzvü "Pray for Azerbaijan" ("Dualarım Azərbaycan üçündür"), "Karabakh is Azerbaijan" ("Qarabağ" - Azərbaycandır") yazılan Azərbaycan bayrağını paylaşıb.

Qeyd edək ki, Maykl Esyen "Səbail"də 2019-cu ilin martından çıxış edib. O, 2019/2020 mövsümünün sonunda komandadan ayrılıb.

Son xəbərlər

Orphus sistemi