Massimiliano Alleqri “Mançester Yunayted”ə rəhbərlik edə bilər

Massimiliano Alleqri “Mançester Yunayted”ə rəhbərlik edə bilər İtaliyanın “Yuventus” komandasının sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərə təmsilçisi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.
Futbol
2 Oktyabr , 2019 10:37
Massimiliano Alleqri “Mançester Yunayted”ə rəhbərlik edə bilər

İtaliyanın “Yuventus” komandasının sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərə təmsilçisi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, 52 yaşlı italiyalı mütəxəssis artıq ingilis dilini öyrənməyə başlayıb. Onun uğursuz nəticələr səbəbi ilə postunu tərk edəcək Ule-Qunnar Sulşeri əvəzləyəcəyi bildirilir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında geridə qalan 7 turdan sonra 9 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Alleqri 2014-cü ildən ötən mövsümün sonunadək “Yuventus”a rəhbərlik edib. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku qazanıb. Təcrübəli mütəxəssis İtaliyada ardıcıl 4 mövsüm “qızı dubl” edən ilk baş məşqçidir.

Son xəbərlər

Orphus sistemi