Maskalı şəxslər "Mançester Yunayted"in vitse-prezidentinin evinə hücum edib

Maskalı şəxslər "Mançester Yunayted"in vitse-prezidentinin evinə hücum edib İnsident ötən həftə baş verib
Futbol
28 Aprel , 2021 19:33
Maskalı şəxslər Mançester Yunaytedin vitse-prezidentinin evinə hücum edib
Ed Vudvord

İngiltərənin "Mançester Yunayted" klubunun icraçı direktoru və vitse-prezidenti Ed Vudvordun evi naməlum şəxslərin hücumuna məruz qalıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, insident ötən həftə baş verib. Üzlərində maska olan bir neçə şəxs klub rəsmisinin evinin qarşısına gələrək qapını sındırmağa çalışıb.

Hadisə zamanı ingiltərəli funksioner və ailə üzvləri evdə olmayıblar. İnsidentlə bağlı polisə heç bir müraciətin daxil olmadığı bildirilib.

Qeyd edək ki, Ed Vudvord 2021-ci ilin sonunda "Mançester Yunayted"dən ayrılacağını açıqlayıb. İddiaya görə, o, klubun Avropa Super Liqasından imtinasından sonra istefa verib.

Son xəbərlər

Orphus sistemi