Maşınının nömrəsini saxtalaşdırmaq istəyən futbolçu klubundan qovuldu - VİDEO

Maşınının nömrəsini saxtalaşdırmaq istəyən futbolçu klubundan qovuldu - VİDEO Çinin Quançjou Everqrand klubu futbolçu Yuy Han Çao ilə yollarını ayırıb.
Futbol
15 Aprel , 2020 02:04
Maşınının nömrəsini saxtalaşdırmaq istəyən futbolçu klubundan qovuldu - VİDEO

Çinin "Quançjou Everqrand" klubu futbolçu Yuy Han Çao ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, buna polisin 33 yaşlı yarımmüdafiəçini avtomobilindəki nömrə işarəsini dəyişməyə cəhd edərkən yaxalaması səbəb olub. 

Onun klubun intizam qaydasını ciddi pozduğu açıqlanıb.

Təcrübəli oyunçu 15 gün müddətinə azadlıqdan məhrumetmə, 700 dollar və 12 bal cəriməyə məruz qalıb. 

O, yol hərəkətindəki məhdudiyyətlərdən qaçmaq üçün maşınının nömrəsindəki "E" hərfini "F"lə dəyişməyə çalışıb. Hazırda Quançjouda nəqliyyat vasitələrinin yalnız ardıcıl 4 gün sürülməsinə icazə verilib. Növbəti 4 gün isə sürücülər maşınlarından yararlanmamalıdırlar.

Qeyd edək ki, Yuy Han Çao "Quançjou Everqrand"da 2014-cü ildən forma geyinirdi. O, 2009-cu ildən cəlb olunduğu Çin millisində 59 oyuna 9 qol vurub.

Son xəbərlər

Orphus sistemi