Marselo qışda "Real Madrid"i tərk edə bilər

Marselo qışda "Real Madrid"i tərk edə bilər İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo qış transfer dönəmində komandadan ayrıla bilər.
Futbol
26 Dekabr , 2020 16:53
Marselo qışda Real Madridi tərk edə bilər
Marselo

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo qış transfer dönəmində komandadan ayrıla bilər.

"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi komanda yoldaşlı Rafael Varanla insident yaşayıb.

Hadisə La Liqanın XI turunda "Alaves"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş verib. Bundan əlavə, braziliyalı oyunçu komandanın baş məşqçisi Zinəddin Zidanın etibarını itirib. Fransalı mütəxəssis həmin mövqedə daha çox Fernan Mendiyə şans verir.

Qeyd edək ki, Marselo 2020/2021 mövsümündə "Real Madrid" forması ilə 6 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2007-ci ildən Madrid təmsilçisində çıxış edir.

Son xəbərlər

Orphus sistemi