"Marsel"in futbolçusu: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Marsel"in futbolçusu: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik" "Bütün turnirlərdə oynaya biləcək komandamız var".
Futbol
28 Yanvar , 2022 12:33
Marselin futbolçusu: Qarabağa qalib gəlmək üçün hər şeyi edəcəyik
Valenten Ronjye

"Bütün turnirlərdə oynaya biləcək komandamız var".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"inin futbolçusu Valenten Ronjye komandanın qarşısında duran hədəflər barədə yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, çıxış etdikləri hər 3 cəbhədə - Liqa 1, ölkə kuboku və avrokuboklarda titul qazanmaq istəyirlər: "Bu səbəbdən qarşıdakı bütün matçlarda qalib gəlmək üçün hər şeyi edəcəyik".

"Qarabağ" və "Marsel" komandaları arasında ilk görüş fevralın 17-də Fransada baş tutacaq. Cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

Bu arada, "L Equipe" nəşri "Marsel"in fevralın 27-də "Trua"ya qarşı keçirəcəyi Liqa 1 görüşünün təxirə salınması üçün Fransa Peşəkar Futbol Liqasına müraciət etdiyini yazıb. İddiaya görə, klub Bakıda Ağdam təmsilçisinə qarşı ikeçirəcəyi oyunu və mümkün yol yorğunluğunu nəzərə alaraq bu addımı atıb.

Son xəbərlər

Orphus sistemi