Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”

Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq” “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”.
Futbol
29 Noyabr , 2023 22:15
Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”

“Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”.

“Report”un Norveçə ezam olunan əməkdaşının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç "Molde" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.

Monteneqrolu müdafiəçi sabahkı matça hazır olduqlarını bildirib: “Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Veşoviç zədədən sonra yaxşı formada olduğunu bildirib: “Motivasiyam var, yaxşı formadayam və əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Eyni xala malik Norveç təmsilçisi üçüncüdür.

Son xəbərlər

Orphus sistemi