Mario Balotellinin yeni klubu bəlli olub

Mario Balotellinin yeni klubu bəlli olub Bakı. 21 yanvar. REPORT.AZ/ Fransanın “Nitsa” klubunun futbolçusu Mario Balotelli karyerasını bu ölkənin başqa təmsilçində davam etdirəcək.
Futbol
143
21 Yanvar , 2019 10:49
Mario Balotellinin yeni klubu bəlli olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Fransanın “Nitsa” klubunun futbolçusu Mario Balotelli karyerasını bu ölkənin başqa təmsilçində davam etdirəcək.

“Report” “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Marsel”lə razılıq əldə edib. İtaliyalı forvardın bu gün “Nitsa”dan ayrılaraq, yeni klubu ilə müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, Mario Balotelli 2016-cı ilin yayından “Nitsa”da çıxış edir. Qana əsilli futbolçu bu müddətdə Fransa çempionatında keçirdiyi 61 oyunda 33 qol vurub. O, avrokuboklarda 13 görüşdə 8 dəfə fərqlənib. Forvard daha əvvəl İtaliyanın “İnter” və “Milan”, İngiltərənin isə “Mançester Siti” ilə “Liverpul” komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi