Levandovskinin "Barselona"da təqdimatı təxirə salınıb

Levandovskinin "Barselona"da təqdimatı təxirə salınıb İspaniyanın "Barselona" klubunun yeni hücumçusu Robert Levandovskinin təqdimatı yubanacaq
Futbol
19 İyul , 2022 15:12
Levandovskinin Barselonada təqdimatı təxirə salınıb

İspaniyanın "Barselona" klubunun yeni hücumçusu Robert Levandovskinin təqdimatı yubanıb.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, Polşa millisinin 33 yaşlı futbolçusu Kataloniya klubunun ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında komanda ilə birlikdə iştirak etmir.

O, trenajor zalında fərdi qaydada məşq keçir. Bu səbəbdən, Levandovskinin iyulun 20-də "İnter Mayami" ilə yoxlama görüşündə oynaması gözlənilmir.

Həmçinin futbolçunun bu gün keçirilməli olan təqdimatı başqa vaxta təxirə salınıb.

Qeyd edək ki, Robert Levandovski "Bayern"dən "Barselona"ya 45 milyon avro müqabilində transfer olunub. O, "Barselona" ilə 3 illik müqaviləyə imza atıb.

Son xəbərlər

Orphus sistemi