"Marakana"ya Pelenin adı verilməyəcək

"Marakana"ya Pelenin adı verilməyəcək Braziliyanın Rio-de-Janeyro ştatının rəhbərliyi "Marakana" stadionuna Pelenin adını verməkdən imtina edib
Futbol
9 Aprel , 2021 10:00
Marakanaya Pelenin adı verilməyəcək

Braziliyanın Rio-de-Janeyro ştatının rəhbərliyi "Marakana" stadionuna Pelenin adını verməkdən imtina edib.

"Report"un məlumatına görə, buna yerli sakinlərin kütləvi narazılığı səbəb olub. Əhali şəhərin diqqətəlayiq obyektinin ştatda heç vaxt yaşamamış üçqat dünya çempionunun adını daşımasını yersiz sayıb. Nəticədə Braziliya hökumətinin hazırladığı qanun layihəsinə ştat qubernatoru veto qoyub.

Layihənin əleyhinə çıxanlardan biri 1970-ci ildə Pele ilə dünya çempionluğunu qazanmış Gerson, digəri isə 1950-ci ildə "Marakana" layihəsini həyata keçirmiş braziliyalı jurnalist Mario Filyonun nəvəsi olub.

Qeyd edək ki, 2020-ci ildə 80 yaşı tamamlanmış Pele "Marakana"da Braziliya yığmasının üzvü kimi forma geyinib və 1969-cu ildə "Santos" klubunda çıxış edərkən 1000-ci qolunu vurub. Onun şərəfinə "Marakana"nın "Edson Arantis du Nasimentu - Kral Pele" adlandırılması planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi