Maradonanın son mesajı yayımlanıb
Futbol
- 02 dekabr, 2020
- 14:59
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın son səs yazısı üzə çıxıb.
"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu ölümündən öncə keçmiş həyat yoldaşı Veronika Oxedanın sevgilisi Mario Bodriyə səsli mesaj göndərib.
Mərhum futbolçu Bodridən Oxeda və 7 yaşlı oğlu Dieqo Fernandoya yaxşı baxmasını istəyib: "Salam, Mario. Bu, Dieqodur. Bəlkə də, sözlərimə inanmayacaqsan, amma görürəm ki, Veronika yaxşı qadındır. Mənə dedi ki, siz birlikdə yaşayırsınız. Onun və əvəzolunmaz mələyim Dieqonun qeydinə qal. Çox oğlum var, amma məni sonuncu ağ saçlarımdan məhz Fernando xilas edəcək".
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.
Son xəbərlər
12:39
Bakıda və regionlarda ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusu sökülüb
Daxili siyasət12:33
Foto
İrandan Azərbaycana PUA ilə keçirilən narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə12:30
Məcnun Məmmədov: "Rəqəmsal transformasiyanın yeni mərhələsinə keçirik"
ASK12:30
AFFA İntizam Komitəsi 4 klubu cərimələyib
Futbol12:29
Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur - ƏLAVƏ OLUNUB
Elm və təhsil12:25
Nazir: "Torpaqların konsolidasiyasına dair ilkin planlama işləri həyata keçirilir"
ASK12:25
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Ekologiya12:21
"Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
Futbol12:20