Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu Ötən gün 60 yaşında vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində azarkeşlərlə polis arasında toqquşma baş verib.
Futbol
26 Noyabr , 2020 15:00
Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində azarkeşlərlə polis arasında toqquşma baş verib.

"Report" "La Nacion" nəşrinə istinadən xəbər verir ki, mərasimin başlamasından bir saat sonra bəzi fanatlar izdihamı dağıtmağa və yürüşü pozmağa cəhd göstərib.

Onlar Maradonanın meyitinin olduğu Buenos-Ayresdəki Kasa Rosad prezident sarayına girməyə çalışıblar. Bəzi azarkeşlərin polis məmurları ilə toqquşduqları bildirilir. Onlardan bəziləri hasarları sındırıb.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayıb və 48 saat davam edəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Son xəbərlər

Orphus sistemi