Maradona hələ də millinin və "Napoli"nin bombardirlərindəndir

Maradona hələ də millinin və "Napoli"nin bombardirlərindəndir Hazırda yalnız Ernan Krespo (35), Serxio Aqüero (42), Qabriel Batistusta (54) və Lionel Messi (71) millidə Maradonadan çox qol vurmağı bacarıb
Futbol
26 Noyabr , 2020 12:22
Maradona hələ də millinin və Napolinin bombardirlərindəndir
Dieqo Maradona

Ötən gün 60 yaşında vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradona 1997-ci ildə karyerasını başa vurub, 1994-cü ildə isə yığmadakı çıxışını dayandırıb.

"Report"un məlumatına görə, keçmiş yarımmüdafiəçi hələ də millinin heyətində ən çox oyun keçirən və ən çox qol vuran futbolçulardandır. O, Daniel Passarella ilə birlikdə iki dəfə dünya çempionluğu yaşamış kapitanlardan biridir.

Yığmadakı oyun sayında Maradonanı onunla birlikdə çıxış etmiş Oskar Ruceri, karyerasını başa vuranlar və hazırda oynamağa davam edənlər də üstələyə bilib. Əfsanəvi oyunçu 1977 - 1994-cü illərdə Argentina millisində oynayıb. O, 91 oyuna 34 qol vurub.

Hazırda yalnız Ernan Krespo (35), Serxio Aqüero (42), Qabriel Batistusta (54) və Lionel Messi (71) millidə Maradonadan çox qol vurmağı bacarıb.

Sabiq yarımmüdafiəçi dünya çempionatlarında 21 oyunda meydanda olub. 1978 və 1986-cı illərdə mundialın qalibi olan oyunçu ilə müqayisədə yalnız 3 nəfər - almaniyalı Lotar Matteus (25) və Miroslav Kloze (24), həmçinin italiyalı Paolo Maldini (23) daha çox görüşdə forma geyinib.

Argentina yığmasının heyətində Xavyer Maskerano 20, Lionel Messi isə 19 dəfə dünya çempionatlarının qarşılaşmalarında çıxış edib.

Maradonanın səyləri ilə dünya futbolunun paytaxtlarından birinə çevrilən Neapol şəhəri də onun ölümündən sonra yas tutur. Əfsanəvi oyunçu 1984 - 1991-ci illərdə "Napoli"nin formasını geyinib. O, 259 matçda 115 dəfə fərqlənib. Maradonanın rekordunu bu yaxınlarda "Napoli"nin sabiq futbolçusu Marek Hamşik (121 qol) və hazırda İtaliya klubunda çıxış edən Dris Mertens (128 qol) qırıb. İtaliya Kubokundakı qol sayına görə argentinalı hələ də klub tarixinin ən yaxşısıdır.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi