Argentina yığmasının heyətində dünya çempionu olmuş əfsanəvi Dieqo Maradona "Ximnasiya və Esqrima" futbol klubunun baş məşqçisi olub.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.
Qeyd edək ki, "Ximnasiya" Argentinanın çempionatında sonuncu - 24-cü yeri tutur. Komanda beş matçdan sonra cəmi bir xal yığa bilib.
"Ximnasiya" Argentinanın ən köhnə klublarından biridir. Onun əsası 1887-ci ildə qoyulub.
Maradona daha əvvəl "Dorados" klubunun baş məşqçisi vəzifəsindən istefa verib.