Manuel Noyer "Bavariya"nın heyətində 500-cü oyununu keçirib

Futbol
  • 13 yanvar, 2024
  • 02:48
Manuel Noyer Bavariyanın heyətində 500-cü oyununu keçirib

"Bavariya"nın qapıçısı Manuel Noyer komandasının heyətində 500-cü oyununu keçirib.

“Report” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Opta Franz” statistik portalı məlumat yayıb.

Onun 500-cü oyunu Almaniya çempionatının XVII turunun "Bavariya" - "Hoffenhaym" qarşılaşmasına təsadüf edib. Komandalar Münhendəki “Allyans Arena”da oynayıblar. Manuel Noyer meydana start heyətində çıxıb.

Noyer matçların sayına görə Bastian Şvaynştaygerə çatıb. Bu minillikdə yalnız Tomas Müller (685) və Filip Lam (517) “Bavariya”nın heyətində daha çox oyun keçiriblər.

Münhenlilər "Hoffenhaym"la oyuna yanvarın 7-də dünyasını dəyişən Frans Bekkenbauerin xatirəsinə ehtiram əlaməti olaraq xüsusi formada çıxıblar.

{{photo-small-left-1473375}}

"Bavariya" hazırda Bundesliqanın turnir cədvəlində ikincidir. Komanda 16 oyunda 41 xal toplayıb. “Hoffenhaym” 24 xalla yeddincidir. Turnir cədvəlinə “Bayer 04” (42 xal) başçılıq edir.

44 - Tezliklə