Mançini daha 5 il İtaliya millisində

Mançini daha 5 il İtaliya millisində Baş məşqçi Roberto Mançini futbol üzrə İtaliya milli komandası ilə müqaviləsini 2016-cı ilədək uzadıb
Futbol
12 May , 2021 09:59
Mançini daha 5 il İtaliya millisində
Roberto Mançini

Baş məşqçi Roberto Mançini futbol üzrə İtaliya milli komandası ilə müqaviləsini 2016-cı ilədək uzadıb.

"Report"un məlumatına görə, bu barədə tanınmış jurnalist Nikolo Skira şəxsi tvitterində bildirib. O, 57 yaşlı mütəxəssisin ildə 3 milyon avro maaş alacağını yazıb.

Mançini yığmaya 2018-ci ildən rəhbərlik edir. Əvvəllər o, "İnter", "Latsio", "Fiorentina" (hamısı İtaliya), "Zenit" (Rusiya), "Qalatasaray" (Türkiyə) və "Mançester Siti" (İngiltərə) komandalarının baş məşqçisi olub.

İtaliya millisi Avropa çempionatında Türkiyə, İsveçrə və Uels milliləri ilə birgə A qrupunda çıxış edəcək. Millətlər Liqasında İspaniya ilə qarşılaşacaq "Skuadra Adzurra" 2022-ci il dünya çempionatının seçmə mərhələsində İsveçrə, Şimali İrlandiya, Bolqarıstan və Litva ilə eyni qrupda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi