“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yollarını ayırıb
Futbol
- 22 mart, 2018
- 18:11
Bakı. 22 mart. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” futbol klubu isveçli forvard Zlatan İbrahimoviçlə yollarını ayırıb.
“Report” xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsi məlumat yayıb.
“Komandada hər kəs Zlatana onun əməyinə görə minnətdarlığını bildirir və gələcək karyerasında uğurlar arzulayır”, - məlumatda qeyd olunub.
İbrahimoviç 2016-cı ilin yayında Fransanın PSJ klubundan “Mançester Yunayted”ə azad agent qismində keçib. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer Liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacaqdı.
Daha öncə isveçli futbolçunun karyerasını Amerikanın "Los Angeles Galaxy" klubunda davam etdirəcəyi barədə məlumat yaymışdılar.
Son xəbərlər
13:21
Bu il ölkədə aşkarlanmış artefaktlar AMEA-da nümayiş olunub
Mədəniyyət siyasəti13:18
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 17 %-dən çox artıb
Maliyyə13:11
Foto
Növbəti köç karvanları Ballıca və Badara kəndlərinə çatıb
Daxili siyasət13:09
Gömrük Komitəsinin məntəqə sədri həbs edilib - RƏSMİ
Hadisə13:08
Rusiyada universitetdə partlayış baş verib, ölən və yaralananlar var
Region13:05
Qazaxıstan Prezidenti: İrana azı 200 milyon dollar dəyərində mal tədarük etməyə hazırıq
Region13:04
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Biznes13:03
Xəzər dənizində itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub
Hadisə13:02