"Mançester Yunayted" "Vest Hem” üzərində qələbə qazandı

"Mançester Yunayted" "Vest Hem” üzərində qələbə qazandı İngiltərə Premyer Liqasının "Mançester Yunayted" və “Vest Hem Yunayted” komandaları arasında 28-ci turunun matçı keçirilib
Futbol
15 Mart , 2021 02:49
Mançester Yunayted Vest Hem” üzərində qələbə qazandı

İngiltərənin Mançester şəhərinin "Old Trafford" stadionunda ölkə Premyer Liqasının "Mançester Yunayted" və “Vest Hem Yunayted” komandaları arasında 28-ci turunun matçı keçirilib.

“Report” xəbər verir ki, görüş "Mançester Yunayted”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol matçın 53-cü dəqiqəsində vurulub - qonaqlarının müdafiəçisi Kreyq Douson topu öz qapısına vurub.

"Mançester Yunayted” İngiltərə Premyer Liqasının 2020/2021 mövsümündə 29 matçda 57 xal yığıb və yarış cədvəlində ikinci yerə qayıdıb. Komanda yenidən "Lester Siti"ni qabaqlayıb. Sonuncunun 56 xalı var.

Son xəbərlər

Orphus sistemi