İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Ule-Qunnar Sulşerin istefaya göndərilməsi gündəmdə deyil.
"Report" xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ed Vudvord "Goal" nəşrinə açıqlamasında deyib.
Funksionerin sözlərinə görə, klub rəhbərliyi uğursuz nəticələrə baxmayaraq, norveçli mütəxəssisə inanır: "Əminik ki, o, doğru yol seçib. Komanda baş məşqçinin rəhbərliyi altında daha da inkişaf edəcək".
Daha əvvəl İngiltərə mətbuatı Sulşerin qovulacağını və yerinə "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinonun gətiriləcəyini yazıb.
Qeyd edək ki, "Mançester Yunayted" 7 turdan sonra 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Mankunianların ehtiyatda bir oyunu var. Mançester təmsilçisi UEFA Çempionlar Liqasında isə 6 xalla qrup lideridir.