“Mançester Yunayted” “Everton”la oyunda qələbəni son saniyələrdə əldən verib

“Mançester Yunayted” “Everton”la oyunda qələbəni son saniyələrdə əldən verib İngiltərə Premyer Liqasının  23-cü turunda “Mançester Yunayted” öz meydanında “Everton” ilə heç-heçə edib
Futbol
7 Fevral , 2021 02:24
“Mançester Yunayted”  “Everton”la oyunda qələbəni son saniyələrdə əldən verib

İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Yunayted” öz meydanında “Everton”la heç-heçə edib.

“Report” xəbər verir ki, görüş fevralın 6-da baş tutub və 3:3 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Edinson Kavani, Bruno FernandeşSkott Maktominey fərqlənib. Qonaqlarda isə Abdulaye Dukure, Xames RodriqezDominik Kalvert-Lyuin adlarını tabloya yazdırıblar.

“Mançester Yunayted” 45 xal yığaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Everton” aktivindəki 37 xalla 6-cı yeri tutur.

“Qırmızı şeytanlar” növbəti turda fevralın 14-də səfərdə “Vest Bromviç”la qarşılaşacaqlar. “Everton” isə həmin gün doğma meydanında “Fulhem”i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi