"Mançester Yunayted" "Nottingem Forest"in müdafiəçisi Murillonu yayda transfer etmək istəyir

Futbol
  • 09 noyabr, 2026
  • 09:33
Mançester Yunayted Nottingem Forestin müdafiəçisi Murillonu yayda transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nottingem Forest"in müdafiəçisi Murillonu 2027-ci ilin yayında transfer etmək istəyir.

"Report" "Football Insider"ə istinadən xəbər verir ki, Mançester təmsilçisi 24 yaşlı braziliyalı futbolçu ilə yaxından maraqlanır.

Klubla müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulan Murillo üçün "Nottingem Forest" 95 milyon avro tələb edir.

Qeyd edək ki, "Transfermarkt" portalı müdafiəçinin dəyərini 50 milyon avro qiymətləndirir. Futbolçu cari mövsümdə keçirdiyi 11 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

44 filmi