"Mançester Yunayted" “Napoli”nin müdafiəçisini almaq istəyir

"Mançester Yunayted" “Napoli”nin müdafiəçisini almaq istəyir Mançester Yunayted futbol klubu “Napoli”nin müdafiəçisi Covanni Di Lorensonu transfer etmək niyyətindədir.
Futbol
31 Mart , 2020 05:01
Mançester Yunayted “Napoli”nin müdafiəçisini almaq istəyir

"Mançester Yunayted" futbol klubu “Napoli”nin müdafiəçisi Covanni Di Lorensonu transfer etmək niyyətindədir.

“Report”un məlumatına görə, bu barədə “Football Italia” bildirib.

Məlumata görə, klub futbolçunun transfer imkanı haqqında bilmək üçün onun agenti ilə əlaqə saxlayıb.

Di Lorenso “Napoli”yə 2019-cu ilin yayında "Empoli”dən keçib. Onun transferinin məbləği 8 milyon avro təşkil edib.

İyirmi altı yaşlı müdafiəçi cari mövsümdə İtaliya çempionatının 25 matçında iştirak edərək iki qol vurub, üç məhsuldar ötürmə edib. O, çempionatda həmçinin üç sarı kart alıb.

Qeyd edək ki, Neapol klubu ilə futbolçunun müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.

"Mançester Yunayted", 29 matçda 49 xal toplayıb. Komanda İngiltərə Premyer Liqasında beşinci yer tutur. Hazırda koronavirusa görə İngiltərədə yarış dayandırılıb.

Son xəbərlər

Orphus sistemi