"Mançester Yunayted" "Marsel"in futbolçusuna 5 illik müqavilə təklif edib

"Mançester Yunayted" "Marsel"in futbolçusuna 5 illik müqavilə təklif edib "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i qış fasiləsində aparıcı futbolçusu Bubakar Kamara ilə vidalaşa bilər.
Futbol
24 Yanvar , 2022 17:05
Mançester Yunayted Marselin futbolçusuna 5 illik müqavilə təklif edib
Bubakar Kamara

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i qış fasiləsində aparıcı futbolçusu Bubakar Kamara ilə vidalaşa bilər.

"Report" xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tviter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, İngiltərənin "Mançester Yunayted" klubu 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. "Qırmızı şeytanlar" Fransanın gənclər millisinin Mavritaniya əsilli üzvünə 5 illik müqavilə təklif edib.

Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək sözləşməsi olan futbolçu ilə İtaliyanın "Roma" və İngiltərənin "Nyukasl" klubu da yaxından maraqlanır.

Bubakar Kamara bu mövsüm komandasının heyətində 24 oyunda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi