"Mançester Yunayted" klubunun qapıçısı qəza törədib

"Mançester Yunayted" klubunun qapıçısı qəza törədib İngiltərənin Mançester Yunayted klubunun qapıçısı Serxio Romero şəxsi avtomobili ilə qəza törədib.
Futbol
397
20 Yanvar , 2020 16:43
Mançester Yunayted klubunun qapıçısı qəza törədib

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Serxio Romero şəxsi avtomobili ilə qəza törədib.

"Report"un "Mirror" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə klubun bazasına yaxın yerdə baş verib.

200 min avro dəyəri olan "Lamborgini" markalı avtomobili ilə komandanın məşqinə tələsən argentinalı qolkiper yolda qəzaya uğrayıb. Klubdan verilən açıqlamada 33 yaşlı qolkiperin qəzadan salamat çıxdığı və xəsarət almadığı bildirilib.

Qeyd edək ki, Romero cari mövsüm "Mançester Yunayted"in heyətində 9 oyuna çıxıb və qapısında 2 top görüb. 

Son xəbərlər

Orphus sistemi