"Mançester Yunayted" klubu Radamel Falkaodan imtina edib

"Mançester Yunayted" klubu Radamel Falkaodan imtina edib Bu barədə komandanın baş məşqçisi açıqlama verib
Futbol
25 May , 2015 09:25
Mançester Yunayted klubu Radamel Falkaodan imtina edib

Bakı. 25 may. REPORT.AZ/ Kolumbiya milli komandasının futbolçusu Radamel Falkao mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubunu tərk edərək, "Monako"ya qayıdacaq. "Report"un məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qal açıqlama verib.

"Falkao ən yüksək səviyyəli peşəkar və yaxşı insandır. Şəxsən özüm və klubun adından ona gələcəkdə uğurlar arzulayıram" deyə hollandiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" Radamel Falkaonu ötən yay icarəyə götürüb. Bu mövsüm kolumbiyalı hücumçu 26 oyunda 4 qol vurub.

Son xəbərlər

Orphus sistemi