"Mançester Yunayted"in sabiq baş məşqçisi "Real Sosyedad"la müqavilə bağlayıb

"Mançester Yunayted"in sabiq baş məşqçisi "Real Sosyedad"la müqavilə bağlayıb İspaniya klubu Devid Moyeslə razılıq əldə edib
Futbol
11 Noyabr , 2014 10:48
Mançester Yunaytedin sabiq baş məşqçisi Real Sosyedadla müqavilə bağlayıb

Bakı. 11 noyabr. REPORT.AZ/ İngiltərənin "Everton" və "Mançester Yunayted" futbol klublarının sabiq baş məşqçisi Devid Moyes İspaniyanın "Real Sosyedad" komandasının sükanı arxasına keçib. "Report"un məlumatına görə, şotlandiyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. 

Daha öncə "Real Sosyedad"ın Moyesdən yüksək maliyyə tələbləri ilə əlaqədar imtina etdiyi bildirilirdi.

Qeyd edək ki, İspaniya çempionatında 11 turdan sonra bask klubu 9 xalla 15-ci yeri tutur. 

Son xəbərlər

Orphus sistemi