"Mançester Yunayted"in sabiq futbolçusu karyerasını bitirdi

"Mançester Yunayted"in sabiq futbolçusu karyerasını bitirdi Müdafiəçi bu barədə instaqram hesabından paylaşım edib
Futbol
13 May , 2021 11:50
Mançester Yunaytedin sabiq futbolçusu karyerasını bitirdi

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Antonio Valensiya karyerasını başa vurub.

"Report" xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə instaqram hesabından paylaşım edib.

Ekvadorlu oyunçu "Old Trafford" stadionunda yaşadıqlarını heç vaxt unutmayacağını yazıb.

Qeyd edək ki, 2009 - 2019-cu illərdə "Mançester Yunayted"də çıxış etmiş Antonio Valensiya son olaraq Meksikanın "Keretaro" komandasının formasını geyinib.

O, İngiltərə təmsilçisinin heyətində iki dəfə Premyer Liqanın, bir dəfə ölkə kubokunun, 3 dəfə isə superkubokun qalibi olub. Valensiya 2016/2017 mövsümündə həmin komanda ilə Avropa Liqasında qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi