"Mançester Yunayted"in oyunundan sonra 4 azarkeş həbs olunub

"Mançester Yunayted"in oyunundan sonra 4 azarkeş həbs olunub "Mançester Yunayted" və "Vest Hem" komandaları arasında İngiltərə Premyer Liqasının XXIII tur oyunundan sonra 4 azarkeş həbs olunub.
Futbol
23 Yanvar , 2022 10:59
Mançester Yunaytedin oyunundan sonra 4 azarkeş həbs olunub

"Mançester Yunayted" və "Vest Hem" komandaları arasında İngiltərə Premyer Liqasının XXIII tur oyunundan sonra 4 azarkeş həbs olunub.

"Report" "Mirror" nəşrinə istinadən xəbər verir ki, buna fanatların matçın keçirildiyi "Old Trafford" stadionunda xuliqanlıq edərək iğtişaş törətmələri səbəb olub.

Onlardan biri təcili tibbi yardım işçisinə hücum etməkdə şübhəli bilinərək saxlanılıb. Digərləri isə ictimai yerdə spirtli içki qəbul etmək, kokain saxlamaq, meydançaya yad əşyalar atmaqda günahlandırılırlar.

Qeyd edək ki, oyun "Mançester Yunayted"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi