"Mançester Yunayted"in ötənilki maliyyə itkiləri açıqlanıb

"Mançester Yunayted"in ötənilki maliyyə itkiləri açıqlanıb İngiltərənin "Mançester Yunayted" klubunun 2020-ci ildəki maliyyə itkiləri açıqlanıb.
Futbol
319
17 Sentyabr , 2021 17:56
Mançester Yunaytedin ötənilki maliyyə itkiləri açıqlanıb

İngiltərənin "Mançester Yunayted" klubunun 2020-ci ildəki maliyyə itkiləri açıqlanıb.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ötən ili 92,2 milyon funt sterlinq (127 milyon ABŞ dolları) məbləğində itki ilə başa vurub.

Qeyd olunur ki, itkilərin əsas səbəbi koronavirus pandemiyasıdır. Pandemiya ilə əlaqədar məhdudiyyətlər səbəbindən bilet və oyun günlərində klub atributlarının satışı, həmçinin kommersiya mənfəəti əhəmiyyətli dərəcədə azalıb.

"Mançester Yunayted"in icraçı direktoru Ed Vudvord 2020-ci ili klub tarixinin ən çətin dövrlərindən biri adlandırıb.

İyunun 30-da başa çatan maliyyə ili üçün klubun ümumi gəlirləri 2,9% azalaraq 681 milyon ABŞ dollarına enib.

Son xəbərlər

Orphus sistemi