İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Harri Maquayr zədələnib.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi iki aylıq sıradan çıxıb.
Komandanın kapitanı İngiltərə Premyer Liqasındakı 35 matçın hamısında 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Harri Maquayr ötən il "Lester"dən "Mançester Yunayted"ə keçib.