"Mançester Yunayted"in futbolçusu PSJ-yə keçir

"Mançester Yunayted"in futbolçusu PSJ-yə keçir İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.
Futbol
20 Aprel , 2022 11:35
Mançester Yunaytedin futbolçusu PSJ-yə keçir
Pol Poqba

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.

"Report" "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi PSJ ilə müqavilə şərtlərini razılaşdırıb.

İddiaya görə, fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Poqba Paris təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Pol Poqba cari mövsüm 25 oyunda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la sözləşməsi iyunun 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi