"Mançester Yunayted"in futbolçusu "Liverpul"la oyunda baş məşqçini təhqir edib

"Mançester Yunayted"in futbolçusu "Liverpul"la oyunda baş məşqçini təhqir edib İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba baş məşqçi Ule Qunnar Sulşeri təhqir edib
Futbol
252
27 Oktyabr , 2021 09:44
Mançester Yunaytedin futbolçusu Liverpulla oyunda baş məşqçini təhqir edib
Pol Poqba və Ule Qunnar Sulşer

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba baş məşqçi Ule Qunnar Sulşeri təhqir edib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə "qırmızı şeytanlar"ın Premyer Liqanın IX turunda evdə "Liverpul"a 0:5 hesabı ilə uduzduqları görüşdə baş verib.

28 yaşlı yarımmüdafiəçi 60-cı dəqiqədə qırmızı vərəqə aldıqdan sonra Şulşerə qarşı təhqiramiz ifadələr işlədib.

Poqba oyundan sonra meydandan qovulduğu üçün komanda yoldaşlarından üzr istəyib və Sulşeri aşağılayıb.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "qırmızı şeytanlar"ın formasını geyinir. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi