"Mançester Yunayted"in baş məşqçi ilə bağlı qərarı bəlli olub

"Mançester Yunayted"in baş məşqçi ilə bağlı qərarı bəlli olub Bundan əlavə, nəşr italiyalı baş məşqçi Antonio Konte ilə bağlı iddiaları saxta adlandırıb
Futbol
26 Oktyabr , 2021 13:25
Mançester Yunaytedin baş məşqçi ilə bağlı qərarı bəlli olub
Ule-Qunnar Sulşer

İngiltərə Premyer Liqasının IX turunda "Liverpul"a 0:5 hesabı ilə uduzan "Mançester Yunayted" klubu baş məşqçi Ule-Qunnar Sulşeri istefaya göndərməyəcək.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi 48 yaşlı mütəxəssislə yolları ayırmağı hələlik nəzərdən keçirmir.

Bundan əlavə, nəşr Mançester təmsilçisinin italiyalı baş məşqçi Antonio Konte ilə təmasları barədə iddiaları saxta adlandırıb.

Qeyd edək ki, "Mançester Yunayted" 9 turdan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi