"Mançester Yunayted"in aparıcı futbolçuları sıradan çıxıb

"Mançester Yunayted"in aparıcı futbolçuları sıradan çıxıb İngiltərənin Mançester Yunayted komandası Premyer Liqanın V turunda qarşılaşacağı Lesterlə matçdan öncə itki ilə üzləşib.
Futbol
13 Sentyabr , 2019 14:33
Mançester Yunaytedin aparıcı futbolçuları sıradan çıxıb

İngiltərənin "Mançester Yunayted" komandası Premyer Liqanın V turunda qarşılaşacağı "Lester"lə matçdan öncə itki ilə üzləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın aparıcı futbolçularından hesab olunan Pol Poqba və Antoni Marsialın həmin görüşdə iştirak etməyəcəyi dəqiqləşib. 

Baş məşqçi Ule-Qunnar Sulşer hər iki oyunçunun zədə səbəbindən meydana çıxa bilməyəcəyini bildirib. O, futbolçuların növbəti turda "Vest Hem"lə qarşılaşmada meydanda olacaqlarına ümid etdiyini deyib. 

Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək "Mançester Yunayted" - "Lester" matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi