"Mançester Yunayted" hücumçusu ilə yollarını ayıracaq

"Mançester Yunayted" hücumçusu ilə yollarını ayıracaq Bu barədə jurnalist Fabritsio Romano tviterdə yazıb
Futbol
12 Fevral , 2022 14:50
Mançester Yunayted hücumçusu ilə yollarını ayıracaq
Edinson Kavani

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Edinson Kavani ilə yollarını ayıracaq.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano tviterdə yazıb.

"Qırmızı şeytanlar" 35 yaşlı hücumçunun yayda başa çatacaq müqaviləsini yeniləməyəcək. Uruqvaylı forvard özünü La Liqada sınamaq istəyir. Kavaninin agentləri ona İspaniyada klub tapmağa çalışacaqlar.

Qeyd edək ki, Edinson Kavani 2020-ci ilin oktyabrından "Mançester Yunayted"də çıxış edir. Hücumçu cari mövsüm Premyer Liqada 11 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi