"Mançester Yunayted" fransalı hücumçunu transfer etmək istəyir

"Mançester Yunayted" fransalı hücumçunu transfer etmək istəyir İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Futbol
12 Mart , 2022 16:24
Mançester Yunayted fransalı hücumçunu transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

"Report" "Evening News"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Fransa "Lion"unda çıxış edən Mussa Dembele ilə maraqlanır.

Klub 26 yaşlı forvardı Edinson Kavaninin əvəzləyicisi kimi görür. Mançester təmsilçisi fransalı oyunçu üçün danışıqlara da start verib.

Qeyd edək ki, Mussa Dembele cari mövsüm "Lion"un heyətində 22 oyun keçirib, 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi