"Mançester Yunayted"dən Ronaldu ilə bağlı paylaşım: "O, evindədir"

"Mançester Yunayted"dən Ronaldu ilə bağlı paylaşım: "O, evindədir" İngiltərənin "Mançester Yunayted" klubunun sosial şəbəkə hesablarında yeni transfer Kriştianu Ronaldu ilə bağlı paylaşım edilib.
Futbol
9 Sentyabr , 2021 20:53
Mançester Yunayteddən Ronaldu ilə bağlı paylaşım: O, evindədir

İngiltərənin "Mançester Yunayted" klubunun sosial şəbəkə hesablarında yeni transfer Kriştianu Ronaldu ilə bağlı paylaşım edilib.

"Report" xəbər verir ki, "qırmızı şeytanlar" portuqaliyalı hücumçunun "Old Trafford" stadionuna gəlişini əks etdirən video yayımlayıb.

Paylaşımda "O, evindədir" sözləri qeyd olunub.

Qeyd edək ki, 36 yaşlı forvard "Mançester Yunayted"ə İtaliya "Yuventus"undan keçib. O, daha əvvəl 2003 - 2009-cu illərdə Mançester təmsilçisinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi