"Mançester Yunayted"də baş məşqçi postuna iki əsas namizəd bəlli olub

"Mançester Yunayted"də baş məşqçi postuna iki əsas namizəd bəlli olub İngiltərənin "Mançester Yunayted" klubunda baş məşqçi postuna iki əsas namizədin adı bəlli olub.
Futbol
17 Yanvar , 2022 15:22
Mançester Yunayteddə baş məşqçi postuna iki əsas namizəd bəlli olub

İngiltərənin "Mançester Yunayted" klubunda baş məşqçi postuna iki əsas namizədin adları bəlli olub.

"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, bunlar hazırda Fransa PSJ-sinə rəhbərlik edən Maurisio Poçettino və Niderlandın "Ayaks" komandasının sükanı arxasında olan Erik ten Haqdır.

"Qırmızı şeytanlar" Ralf Ranqnikin yerinə baş məşqçi axtarır. Rəhbərlik almaniyalı mütəxəssisin nəticələrindən narazı qalıb.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi