"Mançester Yunayted" daha bir futbolçusu ilə vidalaşıb

"Mançester Yunayted" daha bir futbolçusu ilə vidalaşıb İngiltərənin "Mançester Yunayted" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Futbol
2 İyun , 2022 13:47
Mançester Yunayted daha bir futbolçusu ilə vidalaşıb
Xuan Mata

İngiltərənin "Mançester Yunayted" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

"Report" "qırmızı-şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, Xuan Matanın iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.

34 yaşlı yarımmüdafiəçi komandanı azad agent qismində tərk edəcək.

Qeyd edək ki, Xuan Mata 2014-cü ildən "Mançester Yunayted"in formasını geyinib. Klub daha əvvəl Pol Poqba ilə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi