"Mançester Yunayted" baş məşqçisini istefaya göndərməyi qərara alıb

"Mançester Yunayted" baş məşqçisini istefaya göndərməyi qərara alıb İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Ule-Qunnar Sulşeri istefaya göndərmək qərarına gəlib.
Futbol
18 Noyabr , 2021 16:28
Mançester Yunayted baş məşqçisini istefaya göndərməyi qərara alıb
Ule-Qunnar Sulşer

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Ule-Qunnar Sulşeri istefaya göndərmək qərarına gəlib.

"Report" "Transfer News Live" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı mütəxəssisə əvəzedici tapdıqdan sonra qəti tədbirlər görüləcək.

Norveçli baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsində mühüm amil klubun UEFA Çempionlar Liqasındakı nəticələridir. Komanda Avropanın bir nömrəli klub turnirinin qrup mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplayıb və F qrupunda liderdir.

Qeyd edək ki, "qırmızı şeytanlar" Premyer Liqada 11 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi