"Mançester Yunayted" avtoqolla "Lester" üzərində qələbəni əldən verib

"Mançester Yunayted" avtoqolla "Lester" üzərində qələbəni əldən verib İngiltərə Premyer Liqasının 15-ci turunun matçında "Mançester Yunayted" və "Lester Siti" komandaları qarşılaşıb.
Futbol
26 Dekabr , 2020 19:08
Mançester Yunayted avtoqolla Lester üzərində qələbəni əldən verib

İngiltərə Premyer Liqasının 15-ci turunun matçında "Mançester Yunayted" və "Lester Siti" komandaları qarşılaşıb.

“Report” xəbər verir ki, Lesterdə keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı “Mançester Yunayted” açıb. Matçın 23-cü dəqiqəsində Markus Reşford fərqlənib. "Lester" rəqibə 31-ci dəqiqədə Xarvi Barnsın qolu ilə cavab verib.

Qonaqlar görüşün 79-cu dəqiqəsində Brunu Fernandeşin qolu ilə hesabda irəli çıxblar. Lakin “Mançester Yunayted” "Lester" hücumçusu Ceymi Vardinin zərbəsindən sonra topu öz qapılarına göndərmiş Aksel Taunzebenin avtoqolu ilə qələbəni əldən verib.

Bu görüşdən sonra "Lester" 28 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində ikinci yeri tutur. "Mançester Yunayted" 14 xalla üçüncü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi