“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib “Mançester Yunayted” Avropanın əsas matçının 120-ci dəqiqəsində iki qol vuran ilk komanda olub.
Futbol
18 aprel 2025 08:47
“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

“Mançester Yunayted” avrokubokların əsas mərhələsi matçının 120-ci və daha sonrakı dəqiqələrində iki qol vuran ilk komanda olub.

"Report" xəbər verir ki, bu barədə "OptaJoe" “X” sosial şəbəkəsində məlumat yayıb.

“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Lion”u 5:4 hesabı ilə məğlub edib. İngiltərə klubu 120-ci və 120+1-ci dəqiqədə qol vurub: Kobbi Maynu və Harri Maquayr fərqlənib.

İlk görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Mançester Yunayted” yarımfinala yüksəlib. Burada rəqib “Atletik” (İspaniya) olacaq.

Qeyd edək ki, Avropa Liqasının final matçı "Atletik" klubunun ev oyunlarını keçirdiyi "San Mames" stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandasıdır.

Orphus sistemi