"Mançester Yunayted" "Atalanta"nın futbolçusunu transfer etdi

"Mançester Yunayted" "Atalanta"nın futbolçusunu transfer etdi İngiltərənin "Mançester Yunayted" klubu İtaliya "Atalanta"sının futbolçusu Amad Diallonu heyətinə qatıb.
Futbol
2 Yanvar , 2021 10:48
Mançester Yunayted Atalantanın futbolçusunu transfer etdi
Amad Diallo

İngiltərənin "Mançester Yunayted" klubu İtaliya "Atalanta"sının futbolçusu Amad Diallonu heyətinə qatıb.

"Report"un məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ule-Qunnar Şulşer Premyer Liqanın 17-ci turunda "Aston Villa"nı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında bildirib.

47 yaşlı mütəxəssis transferdə heç bir maneənin olmadığını və 18 yaşlı kotdivuarlı vingerin komandaya qoşulacağını söyləyib.

Qeyd edək ki, Amad Diallo 2019-cu ildən "Atalanta"nın əsas komandasındadır.

Son xəbərlər

Orphus sistemi