“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub olub

Futbol
  • 28 may, 2025
  • 19:49
“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub olub

İngiltərənin “Mançester Yunayted” futbol komandası yoldaşlıq oyununda “ASEAN All-Stars”a məğlub olub.

“Report” xəbər verir ki, matç Malayziyanın paytaxtı Kuala-Lumpurda baş tutub.

Oyunun birinci hissəsində “qırmızı şeytanlar” topa nəzarət etsə də, nominal ev sahibləri hücumda daha kəsərli olublar. Artıq səkkizinci dəqiqədə vyetnamlı Nquenin zərbəsi dirəyə tuş gəlib. Bir müddət sonra o, cərimə zərbəsindən fərqlənməyə yaxın olub – top qapının üstündən keçib.

“Qırmızı şeytanlar” da bir neçə zərbə ilə yadda qalıblar. Maquayr başla təhlükəli zərbə endirib. Bundan başqa, Maynu iki dəfə qapını nişan alıb, lakin ya hədəfdən yayınıb, ya da qapıçı etibarlı oynayıb. Hissənin sonunda Dukuli və Dorqu fəallıq göstərsələr də, qol vura bilməyiblər.

Komandalar fasiləyə qolsuz bərabərliklə gediblər.

İkinci hissə oxşar tempdə başlayıb: çoxlu rotasiya, lakin minimum kəskin epizodlar. Bununla belə, “Mançester Yunayted”in sağ cinah müdafiəsindəki boşluqdan Vin yararlanıb. Ötürməni aldıqdan sonra o, iti bucaqdan sol "doqquzluğ"a güclü zərbə endirərək hesabı açıb.

Qoldan sonra komandaların qarşılıqlı hücumlarına baxmayaraq, oyunda hesab dəyişməyib: “ASEAN All-Stars” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “ASEAN All-Stars” (ASEAN ulduzları) Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzv ölkələrinin ən yaxşı oyunçularından təşkil edilmiş yığmadır. Bura İndoneziya, Malayziya, Tailand, Vyetnam, Filippin və digər ASEAN üzvlərindən (ümumilikdə 12 ölkə) futbolçular daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti