"Mançester Yunayted" 3 qol buraxaraq "Brayton"a məğlub olub

"Mançester Yunayted" 3 qol buraxaraq "Brayton"a məğlub olub Bakı. 20 avqust. REPORT.AZ/ Brayton end Houv Albion futbol üzrə İngiltərə Premyer Liqasının II tur matçında Mançester Yunaytedə qalib gəlib.
Futbol
20 Avqust , 2018 01:56
Mançester Yunayted 3 qol buraxaraq Braytona məğlub olub

Bakı. 20 avqust. REPORT.AZ/ "Brayton end Houv Albion" futbol üzrə İngiltərə Premyer Liqasının II tur matçında "Mançester Yunayted"ə qalib gəlib.

“Report” xəbər verir ki, Brayton end Houvun "Falmer — Ze Ameks" stadionunda keçirilən görüş 3:2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Brayton" bu qələbə sayəsində mövsümdə ilk xallarını qazanıb və hazırda 3 xalla 11-ci mövqedə qərarlaşıb, "Mançester Yunayted" eyni xalla 10-cu yerdədir.

İngiltərə Premyer Liqası, II tur

"Brayton end Houv Albion" – "Mançester Yunayted" - 3:2

Qollar: 1:0 – Mürrey – 25, 2:0 – Daffi – 27, 2:1 – Lukaku – 34, 3:1 – Qross – 44 (pen), 3:2 – Poqba – 90+5 (pen)

Son xəbərlər

Orphus sistemi