"Mançester Yunayted" on il komandada çıxış edən futbolçu ilə yollarını ayırır

"Mançester Yunayted" on il komandada çıxış edən futbolçu ilə yollarını ayırır Bakı. 1 mart. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted klubunun fubolçusu Antonio Valensiya mövsümün sonunda komandadan ayrılacaq.
Futbol
1 Mart , 2019 16:06
Mançester Yunayted on il komandada çıxış edən futbolçu ilə yollarını ayırır

Bakı. 1 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun fubolçusu Antonio Valensiya mövsümün sonunda komandadan ayrılacaq.

"Report" "Mirror"a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 29-cu turunda qarşılaşacaqları "Sautgempton"la matçdan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.

O, 34 yaşlı oyunçunun zədəsini tam bərpa etmədiyini, lakin klubda və İngtiltərədə möhtəşəm karyeraya imza atdığını vurğulayıb: "Klubun və Valensiyanın növbəti mövsüm üçün müqavilə barədə razılığa gələcəklərinə əmin deyiləm".

Qeyd edək ki, Antonio Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir. Müqavilədə yer alan bəndə əsasən, klub onunla sözləşməni martın 1-dək yeniləyə bilərdi.

Son xəbərlər

Orphus sistemi