"Mançester Siti" "Valensiya"nın hücumçusunu transfer edir

"Mançester Siti" "Valensiya"nın hücumçusunu transfer edir 20 yaşlı hücumçu bu keçidə razılıq verib. Klublar arasındakı danışıqlarda da anlaşma əldə edilib
Futbol
16 İyul , 2020 01:17
Mançester Siti Valensiyanın hücumçusunu transfer edir

İspaniya "Valensiya"sının futbolçusu Ferran Torres İngiltərənin "Mançester Siti" klubuna transfer olacaq. 

"Report"un "Eurosport"a istinadən məlumatına görə, 20 yaşlı hücumçu bu keçidə razılıq verib. Klublar arasındakı danışıqlarda da anlaşma əldə edilib.  

İspaniyalı forvard "şəhərlilər"lə uzunmüddətli müqavilə bağlayacaq. Maliyyə detalları açıqlanmasa da, gənc futbolçunun müqaviləsində dəbbə pulunun 100 milyon avro göstərildiyi bildirilir. 

Qeyd edək ki, bu mövsüm Ferran Torres 42 oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi